Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Sen
2019
21:43
1914

12
Sen
21:43



"Uşaqlarım tapşırıqlarımı etdikdən sonra onlara pul verirəm" - Emin - Video

"Uşaqlar balacalığından azad ab-havada yaşayıblar. Çox şeyi etmələrinə icazə verilirdi. Buna görə də indi məhdudiyyət qoymaq asan deyil". 

Xeberoxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. "Forbes Diges" videolayihəsinin “Milyarderlər uşaqlarına necə tərbiyə verir?" müzakirəsinin qonağı olan müğənni övladlarından danışıb. Dörd uşaq böyüdən Emin oğullarına çox pul vermədiyini deyib:

"Bütün hadisələri oyuna çevirməyə çalışıram. Oğlum deyir ki, telefonuma pul yüklə, filan oyun üçün lazımdır. Deyirəm ki, problem deyil. Amma sənin həftəlik büdcən var, onu bir gündə xərcləsən, pulsuz qalacaqsan. Bunu edirəmsə, hansısa tapşırığımı yerinə yetirməlisiniz. Tapşırıq isə dərs, idman və ya sağlam qidalanmaqla bağlı olur. Onlara öyrətməyə çalışıram ki, nəsə qazanmaq üçün əmək sərf etməlisən. Əmin deyiləm ki, bu, hər zaman işə yarayacaq. Amma bir vaxtlar özümün yaşadıqlarımı uşaqlarıma öyrətməq istəyirəm.

Uşaqların artıq pullarının olmasının tərəfdarı deyiləm. Başa düşmürlər onu nəyə xərcləməlidirlər. Pulu idarə etmək lazımdır".

Emin atasının gənc vaxtlarında ona etdiklərindən söz açıb:

"Atam da məni elə böyüdüb. Atam mənə pul verməkdən qorxurdu. Gənc yaşımda ilk qazandığım siqaretə getdi. Ona görə də mənə nəyə gəldi pul vermədilər. Özüm qazanmağa çalışdım və alındı. Atamı məyus edəcək hərəkətlərdən hər zaman qaçmışam. İndi də qaçıram. Onun nifrətini qazanmaq qorxusu var idi. İndi də uşaqlarıma bunları aşılamağa çalışıram. Onlara izah etmək istəyirəm ki, nə səhv və pisdir. Deyirəm ki, qazanmadan, var olduqlarını, kiminsə qohumu, oğlu, nəvəsi olduğunuz üçün nümayiş etdirmək yaxşı deyil".

Qeyd edək ki, E.Ağalarovun Mikayıl, Əli, Əminə və Afina adlı dörd övladı var.(Axşam.az)

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az