Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
18:01
867

19
Sen
18:01



Azərbaycan gimnastı Bakıdakı dünya çempionatının final mərhələsinə yüksəlib

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında fərdi yarışların təsnifat mərhələsi başa çatıb.

Xeberoxu.Az-ın məlumatına görə, iştirakçılar gürzlər və lentlə final mərhələsinə yüksələn 8 idmançını müəyyənləşdiriblər.

Bu iki hərəkətdə təsnifat mərhələsi başa çatdıqdan sonra coxnövçülükdə də bu raund yekunlaşıb. Nəticədə finalın 24 iştirakçısı bəlli olub.Çoxnovçülükdə 60,050 xal toplayan Azərbaycan gimnastı Zöhrə Ağamirova 21-ci olub. O, bu göstərici ilə finala vəsiqə qazanıb. 51,800 xal toplayan digər idmançımız Veronika Hudis 53-cü olub.

Təsnifatda 1-ci olan rusiyalı Dina Averina 71,350 xal yığıb. İsrailli Linoy Aşram 68,400 xalla 2-ci, rusiyalı Arina Averina 67,750 xalla 3-cü olub.
 
Gürzlərlə hərəkətdə ilk üç yeri eyni idmançılar tutublar. A.Averina (24,250) 1-ci, D.Averina (24,000) 2-ci, L.Aşram (23,600) 3-cü yerdə qərarlaşıb. Azərbaycan təmsilçiləri Z.Ağamirova 21,100 xalla 12-ci, V.Hudis 16,500 xalla 79-cu, Yelizaveta Luzan 16,050 xalla 89-cu olub.

Lentlə hərəkətdə    idmançılarımızdan Z.Ağamirova 18,700 xalla 16-cı, V.Hudis 17,150 xalla 35-ci, Məryəm Səfərova 10,450 xalla 127-ci pilləyə sahib çıxıb. Bu hərəkətdə D.Averina (21,700) 1-ci, L.Aşram (21,150) 2-ci, ukraynalı Vlada Nikolçenko (21,150) 3-cü yeri tutub.

Komanda yarışında Azərbaycan yığması 147,050 xalla 13-cü olub. İlk üç yeri Rusiya (186,500), İsrail (174,750) və Belarus (168,550) tutub.

Qeyd edək ki, bu gün axsam sessiyasında gürzlər və lentlə final mərhələsi baş tutacaq. Sabah keçirilək çoxnövçülükdə isə “16-lıq”da yer alacaq gimnastlar Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az