Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
01:00
540

20
Sen
01:00



Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, ötən il Quba rayonunda 148 ailə özünüməşğulluq proqramına cəlb edilib.

Vətəndaşlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir qısmi təlimi başa vuraraq aktvlərlə təmin edilib, digərləri isə növbəlilik əsasında təlimlərdə iştirak edəcəklər. Yaradılan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı, qalan hissəsi isə xidmət sahələrinə aiddir.

S.Babayev özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb. Qeyd edib ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanlar yaratmaqdadır. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Nazir bildirib ki, əsas məqsəd həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaqdır.

Vətəndaşlar bu mühüm sosial proqramın onların həyatında önəmli rol oynadığını qeyd ediblər. Proqram iştirakçıları yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az