Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
01:00
555

21
Sen
01:00



Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktiki-maarifləndirici söhbətlər aparıb.

Xeberoxu.Az-ın məlumatına görə, tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Yol polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədi ilə keçirilmir. Belə tədbirlər zamanı piyadalarla yol polisləri maarifləndirici söhbətlər aparır bu da polisin cəmiyyət tərəfindən sevilməsi, vətəndaş məmnunluğunun yaranmasına gətirib çıxarır.

Tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə əraziyə çağırılan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bundan sonra da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az