Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
18:52
672

21
Sen
18:52



“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunun əsərləri dahi şair Nəsimiyə həsr olunub

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

Xeberoxu.Az-ın məlumatına görə, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.

Hazırda Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan olan heykəltəraşlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır.

Sentyabrın 30-da Heydər Əliyev Fondunu tərəfindən təşkil olunan Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək.

İranlı heykəltəraş Səid Əhmədi layihədə ilk dəfə iştirak etdiyini deyib. O da digər həmkarları kimi bu simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirəcəyi əsərlə qatılacağını qeyd edib: “Biz bu əsərləri hazırlayərkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək lazımdır. Tam gücümüzlə buna çalışırıq. Ümid edirəm ki, budəfəki simpozimum maraqlı və yaddaqalan olacaq”.

Belaruslu heykəltəraş Aleksey Vrublevski bildirib ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaradacağı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Bir neçə gündür birlikdə çalışırıq. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edəcək sənət əsərinin meydana gəlməsinə inanıram”.

Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov çalışır ki, simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılsın.

“Belə tədbirin hər il keçirilməsi olduqca əlamətdardır. Simpoziumda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə mübadiləsi deməkdir. Bunun, digər müsbət cəhəti, həm də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram”.

Dünyanın əksər ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini qeyd edib və burada Nəsimi yaradıcılığından bəhrələnərək kamil bir əsər yaradacağına əminliyini ifadə edib.

Digər heykəltəraşlar da ölkəmizdə dördüncü dəfə keçiriləcək tədbirin önəmini vurğulayaraq, əsərlərin insanlar tərəfindən bəyəniləcəyi və simpoziuma tövhə olacağını söyləyiblər.

Qeyd edək ki, “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az