Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
00:30
1578

18
Sen
00:30



“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb

126 ölkəyə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviasiya sahəsində güvənilən və söz sahibi olan APEX (Sərnişinlərə Xidmət Assosiasiya) tərəfindən “2020-ci ilin beş ulduzlu qlobal hava yolları” adına layiq görülüb.

Xeberoxu.Az-ın məlumatına görə, 9 sentyabr tarixində Los Ancelesdə tuzim sahəsinin mütəxəssislərinin iştirakı ilə builki APEX-in hava yolları şirkətlərinin rəsmi reytinqi açıqlanıb. Reytinq sərnişinlərin 2018-ci ilin iyulundan 2019-cu ilin iyun ayına qədər dünya üzrə 600 aviaşirkət tərəfindən həyata keçirilmiş milyondan çox uçuşu dəyərləndirməsi nəticələrinə əsaslanaraq hazırlanıb. Sərnişinlər şirkətləri 5 kateqoriyada – oturacaqların rahatlığı, salon xidməti, qidalanma, əyləncə və “Wi-Fi” üzrə 5 ballıq şkalaya görə qiymətləndirib. “Türk Hava Yolları” artıq üçüncü dəfə ardıcıl olaraq bu mükafata layiq görülür.

“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, şirkətin əsas məqsədi sərnişinlərinə hər aspektdə ideal xidmət göstərməkdir:”Biz müştərilərimiz tərəfindən yüksək ballar almağımıza görə çox şadıq. APEX-ə və bütün sərnişinlərə əməyimizi üçüncü dəfə ardıcıl olaraq dəyərləndirdikləri üçün minnətdarıq”.

APEX sərnişinlərin rəyləri əsasında reytinq tərtib edən ilk şirkətdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az