Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Sen
2019
11:48
1944

22
Sen
11:48



Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayətkar aləmdə "Rafet Əlibayramlinski” ləqəbi ilə tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvü, adam oğurluğuna cəhddə təqsirləndirilən Şirvan şəhər sakini, 24 yaşlı Əli Hüseynlinin məhkəmə istintaqı yekunlaşıb.

Xeberoxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkar qrupun üzvləri –Kamil Əmirov, Elvin Cəfərov, Rüfət Kərimov, Elvin Hüseynov, Əli Hüseynli Rüfət Əmirovun sifarişi əsasında adam oğurluğu cinayəti törətməklə bağlı aralarında razılığa gəliblər.

Razılaşmaya əsasən, qrup üzvləri icarəyə avtomobil götürüblər, Elşən Günəşovun yaşadığı əraziyə gəliblər, onu izləyiblər, evdən çıxmasını gözləyiblər. 25 mart 2017-ci ildə saat təxminən 13 radələrində E.Günəşov evdən çıxaraq öz maşınına əyləşib və Biləcəri qəsəbəsinə gəlib. Dəstə üzvləri iki avtomobillə arxadan onu müşayət ediblər.

Sükan arxasında olan Kamil Əmirov Elşənin idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkətini məhdudlaşdırıb. Daha sonrasa qəsdən maşını vurub. Bu zaman Əli Hüseynli, Elvin Hüseynov, Rüfət Kərimov, Elvin Cəfərov və Kamil Əmirov avtomobildən yerə düşərək Elşəni döyməyə başlayıblar. Rüfət Əmirovun ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə cəzalandırmaq məqsədilə onu zorla avtomobilin yük yerinə qoyub naməlum istiqamətə aparıblar.

Bir qədər getdikdən sonra Elşən avtomobilin yük yerinin qapısını içəridən açaraq yerə düşüb qaçmaq istəyib. Ə. Hüseynli, R. Kərimov və E.Cəfərov yenidən onu döyərək maşının yük yerinə basıblar. Avtomobil hərəkətə gətirib uzaqlaşmaq istədikdə Elşən yenidən yerə düşüb və ətrafdakı insanları köməyə çağırıb. Daha sonra isə hadisə yerindən qaçaraq polisə şikayət etməyə müvəffəq olub. 

Dəstə üzvləri hadisədən sonra saxlanılıblar. Rusiyaya qaçan Əli Hüseynli barəsində isə axtarış elan edilib. O, Rusiyada həbs olunub və ötən ilin dekabrın 28-də Azərbaycana təhvil verilib.

“Deyirdi ki, dili uzanıb, kəsmək lazımdır”

Təqsirləndirilən Əli Hüseynli ifadəsində dostları Elvin, Kamil və Rüfətlə görüşdüyünü, söhbət əsnasında Elvin Cəfərovun əslən Şirvandan olan, Bakıda yaşayan Elşən Günəşovu tapıb döymək lazım olduğunu dediyini göstərib: “Elvin deyirdi ki, Elşən ağzını boş-boş qoyub nə gəldi danışır, kimlərinsə ünvanına söyüş söyür, dili uzanıb, kəsmək lazımdır. Həmçinin, Elşənlə Rüfət Əmirov arasında Fərid Vəliyevlə bağlı telefonda mübahisə olduğunu, bir-birlərini söydüklərini deyirdi. Rüfət də telefonda Elşənə deyib ki, ona özünün kim olduğunu yaxın vaxtlarda göstərəcək”.

Ə.Hüseynli ifadəsinə görə, Elşəni döyüb, ona layiqli cəzasını vermək üçün öz aralarında razılığa gəliblər. Bunun üçün icarəyə maşın götürüblər: “Elşən evdən çıxdı, maşına əyləşib “Rəvan” marketin qarşısına gəldi. Həmin vaxt Kamil onun maşınını arxadan vurdu. Elşən maşından yerə düşən kimi Elvin, Rüfət Kərimov, Kamil və Elvin Cəfərovun tanışı “Roma” ona hücum çəkdik, R.Kərimova məxsus maşının yük yerinə basdıq. Bir qədər getdikdən sonra Elşən baqajı açıb özünü yerə atdı. Elşən qaçmasın deyə Rüfət Kərimov maşını saxladı. Elvinlə “Roma” Elşəni tutub yenidən döydülər, yenidən baqaja qoydular. Amma maşın hərəkət edən kimi Elşən yenidən özünü yerə atıb qaçmağa başladı. Elşənin arxasınca qaçsam da tuta bilmədim”.

Dəstə üzvləri Rusiyaya qaçıb

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə ictimai yerdə baş verdiyindən ətrafa çoxsaylı insanlar toplaşıb. Elşən həmin şəxslərdən köməklik istəyib. Bundan sonra dəstə üzvləri hadisə yerindən uzaqlaşıblar. E.Günəşovun polisə şikayət etməsindən sonra dəstə üzvləri Moskva şəhərinə qaçmağı qərara alıblar: “Elvin Cəfərov dedi ki, qaçmaq lazımdır, yoxsa bizi tutacaqlar. Rüfət Kərimovla Elvin Hüseynov bu təkliflə razılaşmadılar. 25 mart 2017-ci ildə mən, Elvin və Kamil Rusiyaya qaçdıq. Kamil üç aydan sonra Azərbaycana qayıtdı. Həmin iln dekabrında isə mən polislər tərəfindən saxlanıldım”.

 

“Aylıq pul tələb edib, “oğru”ya pul çatmalıdır deyib”

Zərərçəkmiş şəxs qismində dindirilən Elşən Günəşov ifadəsində Elvin Cəfərovu uşaqlıq illərindən tanıdığını, həmçinin Rüfət Əmirovu da tanıdığını, Şirvanda yaşadığını, Əli Hüseynlini isə yalnız hadisə zamanı gördüyünü deyib.Zərərçəkmişin ifadəsinə görə, R.Əmirov 2 mart 2017-ci ildə Novruz bayramı ilə əlaqədar Şirvan şəhərinə gəlib. Rayonda olarkən tanışı Fərid Vəliyevlə onların arasında mübahisə baş verib. Fərid deyib ki, Rüfət onu çay evinə çağırıb, “oğru”ya pul çatmalıdır deyib və aylıq haqq tələb edib: ” Bəxtiyar Əkbərov Fəridi çay evinə çağırdıqdan sonra ona zəng vurub səbəbini soruşdum, aramızda mübahisə yarandı, bir-birimizə söyüşlər işlətdik”.

“Ayılanda gördüm baqajdayam”

Zərərçəkmiş hadisə ilə bağlı bunları danışıb:”Elvin Hüseynov, Elvin Cəfərov, Kamil Əmirov, Rüfət Kərimov, Əli Hüseynli dəstə şəklində məni cəzalandırmaq üçün maşınımı vurdular. Sonra özümü döydülər. Yerdə köməksiz vəziyyətdə qaldım. Qışqırıb kömək istədikdə ətrafdakı şəxslərə bunun namus məsələsi olduğunu, müdaxilə etməməyi bildirdilər. Kamil bıçaqla ayağımdan vurdu. Ürəkləri soyumayıb maşının yük yerinə qoyub naməlum istiqamətə apardılar. İki-üç dəqiqə huşsuz vəziyyətdə qaldım, ayılanda gördüm baqajdayam. Yük yerinin düyməsini basıb içəridən qapını açdım özümü yerə tulladım. Onlar bunu görüb maşını saxladılar, döydülər, yenidən baqaja atdılar. Yenicə tərpənmişdilər ki, düyməni basıb qapını açdım və yerə tullandım”.

“Bu adamlar mənim arxamca Rüfət Əmirovun sifarişi əsasında gəliblər”

 

E.Günəşov ifadəsində insanları köməyə çağırdığını, onlardan yardım istədiyini, qışqıraraq “burada adam oğurlayırlar” dediyini söyləyib. Məhz bu sözdən sonra dəstə üzvləri onun arxasınca gəlməyib, hadisə yerindən uzaqlaşıblar: “Məni bıçaqla Kamil vurub. Hamısı döyərək xəsarət yetiriblər. Bu adamlar mənim arxamca Rüfət Əmirovun sifarişi əsasında gəliblər.  Çünki bu hadisəyə qədər onların heç biri ilə ədavətim və düşmənçiliyim olmayıb. Rüfət Əmirov telefonda mənimlə danışanda dedi ki, səni Şirvana gətizdirib həyatı başa salacağam. Bu adamları Rüfətin sifarişi ilə Elvin Cəfərov toplayıb”.

“Elşənin mənim barəmdə dediklərinin hamısı yalandır”

Cinayət Məcəlləsinin 29,144-cü (adam oğurluğuna cəhd) və 228.1-ci (qanunsuz odlu silah saxlamaqda) maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən (adam oğurluğuna cəhdlə bağlı R.Əmirova bəraət verilib-red.) Rüfət Əmirov cinayət işi üzrə dindirilərkən ifadəsində Elşən Günəşovu tanımadığını, onunla heç bir münasibəti olmadığını, Elşənin heç vaxt onun telefonuna zəng vurmadığını, aralarında telefon danışığı olmadığını deyib: “Elşənin mənim barəmdə dediklərinin hamısı yalandır. Heç kimə onun döyülməsini, oğurlanmasını sifariş etməmişəm”.

Məhkəmənin hökmü ilə Əli Hüseynli 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az