Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Sen
2019
04:30
1614

24
Sen
04:30



Mistik gücü, ya sağlamlığa faydası? - ÜZƏRLİK HAQQINDA BİLMƏDİKLƏRİMİZ
Üzərliyəm həvayam,
Yaman dərdə davayam.
Pis gözü, pis nəzəri,
Üstünüzdən azayam. 
Bu sözlər əminik ki, hər bir evdə bir dəfə də olsa səslənib. Daha çox bəd-nəzərdən qorunmaq üçün istifadə etdiyimiz üzərliyin insan sağlamlığına olan faydalarından yəqin ki, bir çoxlarımız xəbərsizik.  Belə ki,  daha çox Afrika, Asya, Amerika kimi bölgələrdə yetişən üzərlik respublikamızda da yetişir.
Yeniavaz.com üzərliyin insan orqanizminə olan faydalarını təqdim edir:
Üzərliyin mistik qüvvələri haqqında yəqin ki, məlumatı olmayan şəxs tapılmaz. Elə Azərbaycanda da bu bitkidən yalnız  pis göz nəfisdən qorunmaq üçün baş üzərindən fırlayaraq yandırırlar. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Məsələn, səhətində halsızlıq olan körpə uşağa üzərlik yandırılar. Toy məclislərində  yandırılan üzərliyi qonaqların arasında gəzdirərlər. Hətta evlərin qapı-bacasından bədnəzərdən qoruyan vasitə kimi asırlar.
Bəs üzərliyin sağlamlığa olan faydaları nələrdir?
- Soyuqdəymə və qripin qarşısını alır;
- Saç tökülməsinin qarşısını alır;
- Revmatizma ağrılarını yüngülləşdirir;
- Bağırsaqda olan bakteriyaları öldürür;
- Çəki atmaqda köməkçi olur;
- Astma xəstəliyinə müsbət təsir edir;
- Epilepsiya xəstəliyində istifadə olunur.
Üzərlik toxumunu qurudulub dəmlənilir, daha sonra bal ilə qarışdırılaraq gündə 1 stəkan istifadə edilir. Bu qarışım bədəndəki mikrobları öldürür, soyuqdəymənin və qripin qarşısını alır.
Üzərliklə bağlı ən maraqlı məqam isə onun toplanma vaxtıdır. İnanclara görə, üzərliyi xoruz səsi çatmayan yerlərdən yığmaq lazımdır. Əfsanələrə əsasən, xoruz səsi eşitməyən üzərlik bədnəzərə qarşı daha çox təsirli olur. Yanan üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az