Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Sen
2019
11:38
1395

25
Sen
11:38



Yolları yuyub-təmizləyən maşınlar nə vaxt işləyirlər? - AÇIQLAMA

Sovet vaxtı gündəlik olaraq küçələri, yolları sulayıb təmizləyən maşınları paytaxtda görmək mümkün idi. Amma indi bu maşınlardan çox nadir hallarda istifadə edilir.

Sosial şəbəkələrdə yolların yuyulmaması, küçələrin tozlu olması və problemin aradan qaldırılması istiqamətində texnikanın olmaması ilə bağlı şikayətlər edilir.

Bəs küçələrin, yolların təmizlənməsi üçün yuyucu maşınların yenidən istifadəyə verilməsi məsələsi gündəmdədir?

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-a bildirilib ki, departamentin qarajında 12 ədəd yuyucu maşınlar var:

“Məsələ ilə bağlı işlər həyata keçirilir. Hazırda departamentin qarajında 12 ədəd yuyucu maşın var. Onlar həm yolları yuyur, həm də küçələrdən tozun çəkilməsi üçün tozsoran kimi istifadə edilir. Həmin maşınlar səhər saat 6-ya kimi əsas magistral yolların hamısının həm kənarlarını, həm də tozunu təmizləyir. Bu işlər səhər tezdən aparılır ki, tıxaclar olduğu zaman maneçilik törətməsinlər. Bu səbəbdən səhər saat 6-ya kimi bu işlər bitir”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az