Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Sen
2019
16:49
816

25
Sen
16:49



Uşaq nikahları daha çox Bakıda qeydə alınır - Dövlət Komitəsi

Azərbaycanda uşaq nikahlarının daha çox qeydə alındığı şəhər və rayonların adları açıqlanıb.

Xeberoxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"a açıqlamasında bildirib ki, uşaq nikahlarının daha çox qeydə alındığı yer Bakı şəhəridir: “Növbəti sırada Şəki rayonu dayanır. Daha sonra Gəncəbasar zonası (Gəncə, Ağstafa, Gədəbəy, Daşkəsən və s) və cənub zonası qərarlaşıb”.

Şöbə müdiri qeyd edib ki, son 7 illə müqayisədə Azərbaycanda uşaq nikahlarının sayı 10 faiz azalıb: “Təbii ki, uşaq nikahları ilə bağlı problemlər bütün dünyada olduğu kimi Azərbaycanda da var. Amma bu hallar ötən illərə nisbətən ciddi şəkildə azalıb. Bu problemlərin qarşısını almaq üçün isə koordinasiyalı şəkldə işlər aparmaq lazımdır. Sırf bundan ümumrespublika qaynar xətt mərkəzi yaradılmalıdır. Təbii ki, istər uşaq nikahları ilə bağlı, istər digər zorakılıq halları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə siqnal daxil olan kimi avtomatik olaraq biz həmin faktla bağlı əməkdaşlarımızı cəlb edirik. Bu cür halla üzləşən ailə ilə danışıqlar və müzakirələr aparırıq. Ailələrə erkən yaşda olan qız uşaqlarının yetkinlik yaşına çatması üçün dəstək olmağa çağırırıq. Bəzi hallarda bizə o siqnallar gec çatır və bu zaman artıq intihar və digər xoşagəlməz hadisələr baş verir”.

Qeyd edək ki, UNİCEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birlik və ya rəsmi bağlanmış nikah uşaq nikahı adlandırılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az