Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Sen
2019
22:10
1620

25
Sen
22:10



“Hamıya başqa işlə məşğul olduğumu demişəm” - Kişi işi görən xanım - VİDEO

Elə peşələr var ki, o peşələr kişilər və qadınlar üçün ixtisaslaşıb. Amma müasir cəmiyyətimizdə xanımların rolu artdığı kimi, peşə seçimində də onlar bəzi hallarda kişiləri üstəliyir və kişi peşələrinə yiyələnirlər.

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

İllər öncə qadın peşələri dedikdə, müəllim, həkim, tikişçi kimi işlər yada düşürdü. Amma indi hərbçi, polis kimi peşələrə yiyələnən xanımlarımız da var. Amma xüsusi bacarıq və istedaddan kənar, kişilərə xas peşələrdə də xanımları görmək mümkündür. Buna bir çox misallar da çəkmək olar, avtomobil ustası olan Nüşabə xanım, kişi bərbəri Nurlanə xanım. Hərəsinin də bu peşəyə sahiblənməkdə öz tarixçəsi var.

Nurlanə Əsədullayeva - Bərbər: "Təəccüblə yanaşan da olur, olmayan da. Bu bir seçimdir, buna kiminsə qarışmağı artıq mümkün deyil. Kişi bərbəri olmaq daha çətindi, nəinki qadın bərbəri”

Nüşabə Şərifova - Maşın ustası: "Bu işdə özümü tapmışam. Düzdür, mühərrik ustasının yanında şagird olmuşam, kaş ki, sürətlər qutusunu öyrənməyə çoxdan gələrdim. Bir il, il yarım gizlənmişəm hamıdan. Deməmişəm nə işlə məşğulam, hər kəsə tamam başqa işlə məşğul olduğumu demişəm”.

Qadının cəmiyyətdə rolu və nüfuzunun artması, peşə seçimi ilə bağlı da bir çox streotipləri aradan qaldırmış oldu. İndi əksəriyyət xanımların peşə seçiminə adi hal kimi baxır.

Sakin: "Kişilər daha çox mühəndisliyə, riyaziyyata, hansısa sistemə meyilli olurlar. Qadınlar isə daha çox ünsiyyəti sevirlər, istər təhsildə olsun, istərsə də tibbdə”.

Sosioloqlar deyir ki, bu həm də, dünyada gedən gender bərabərliyinin təbliğindən irəli gəlir.

Rəşad Əsgərov – Sosioloq: "İndi müasirləşmə gedir. Əvvəl maşın sürən qadınlara pis baxılırdı. İndi isə, adiləşib. Bu eyni zamanda iş fəaliyyətində də özünü göstərir. Qadınlar həm də kişilərə baxanda daha təmkinli, daha diqqətli olduqları üçün bir çox sahələrdə nailiyyətlər də əldə edirlər”.

Statistik məlumatlara görə dünyada yeni biznes-strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. Azərbaycanda isə 100 mindən artıq işgüzar-biznes fəaliyyəti olan xanım var. Bura digər sahələri də əlavə etsək qadınların ölkə iqtisadiyyatındakı rolunu  nə qədər önəmli olduğunu görə, bilərik...

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az