Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Okt
2019
21:35
747

02
Okt
21:35



Ermənistanla Rusiya arasında nə baş verir? — Putinə Yerevanda hörmətsizlik - VİDEO
Rusiya prezidenti Vladimir Putin 3 il aradan sonra Ermənistana səfər edib.

Xeberoxu.Az  “Haber Global”  istinadən xəbər verir ki, iki ölkə arasındakı problemlər həm kameralarda, həm də mətbuat konfransındakı suallarda özünü əks etdirib. 

Putinin Ermənistana zirvə görüşündən bir neçə saat öncə gəlməsi və ziyarətini çox qısa zamanda bitirməsi diqqəti cəlb edib. Ziyarətdə Rusiya ilə Ermənistan arasındakı gərginlik aydın görünüb. Putinin məsafəli şəkildə Paşinyana yanaşdığı diqqətlərdən qaçmayıb. 

Xəbərdə bildirilib ki, Paşinyanın Putini təyarəyə qədər yola salması və onunla səmimi görüşməsinə baxmayaraq Rusiya prezidentinin soyuq hərəkətləri kameralara düşüb. 

Putin səfər öncəsi keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılmasını istəsə də, bu yerinə yetiriliməyib. Rusiya prezidenti Koçaryanın həyat yoldaşı ilə Rusiya səfirliyində görüşüb. 

İki ölkə arasındakı digər bir problem isə, maye qazla bağlıdır. Belə ki, Rusiya ötən il Ermənistana satdığı qazın qiymətini qaldırıb. Erməni mətbuatı qazın qiymətinin 30% artırılacağını yazır. 

Qeyd edək ki, Putin üçün bu ziyarətin gərgin keçməsinin digər bir səbəbi isə gürcü jurnalistin "Osetiya və Abxaziyadan nə vaxt çıxacaqsınız?" sualı olub.

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az