Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
06:30
600

03
Okt
06:30



Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam və heykəltəraşı Ahmet Güneştekin ilə görüşüb.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, Ə.Qarayev Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində açılan "Yaddaşın əlifbası" adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb.

Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.

Ahmet Güneştekin qəbula görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin tanınmış simalarından olan Ahmet Güneştekin 1966-cı ildə Batmanda anadan olub. 1997-ci ildə ilk emalatxana-studiyasını İstanbulda açıb. 2003-cü ildə ilk dəfə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində fərdi sərgisi təşkil edilib. 2010-cu ildə İstanbulda "Güneştekin" Sənət Mərkəzi yaradılıb.

Sənətkarın Ankara, İzmir, Venesiya, Nyu-York və s. şəhərlərdə sərgiləri təşkil olunub, maraqlı instalyasiyaları təqdim edilib.

Xatırladaq ki, Ahmet Güneştekinin Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az