Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
20:59
921

03
Okt
20:59



Musiqi məktəbinin tələbələri Xalq artisti Faiq Sücəddinovla görüşüb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar və pianoçu Faiq Sücəddinovla görüş keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, görüş zamanı Faiq Sücəddinov müəllim və şagirdlərə Azərbaycan musiqisi, bəstəkarlıq məktəbi, müasir musiqilərimizdə mövcud istiqamət və meyillər haqqında danışıb. Onlara Azərbaycan bəstəkarlıq məktəbinə xas milli ənənələrlə Qərb musiqisinin vəhdətini konkret nümunələr üzərində izah edib.

Bəstəkar eyni zamanda öz yaradıcılığı haqqında, bəstəkar və pianoçu kimi keçdiyi yoldan məlumat verib.

İnteraktiv şəraitdə davam edən görüşdə Xalq artisti, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov “Vətən balladası”, “Dostum”, “Ağcaqanadın uçuşu”, “Xatirələr” və bəstələdiyi başqa musiqi əsərlərini ifa edib, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Görüşün sonunda bəstəkarla xatirə şəkli çəkilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az