Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Okt
2019
21:45
813

04
Okt
21:45



Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda

3-6 Oktyabr tarixlərdə İstanbulda təşkil olunan 4-cü Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin də qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyəti təmsil edib.

Xeberoxu.Az-ın məlumatına görə, maddi-mədəni sərvətlərimiz sayılan ecazkar gözəlliyə malik Azərbaycan kəlağayısı və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atları ilə “Bir millət, iki dövlət” şüarı altında “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya qonaqlar tərəfindən xüsusi zövqlə izlənilib.

Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbiri ziyarət edib. Qarabağ atlarının çıxışını izləyib. Şoudan sonra Bilal Ərdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb və ölkəmiz haqqında xoş təəsüratlarını, Qarabağ atlarının Türkiyə ərazisində ilk dəfə məhz bu tədbirdə çıxışından məmnunluğunu bildirib. Şouda Türkiyənin siyasi xadimləri ilə yanaşı, bir çox tanınmış simaları da iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda tamaşaçının izlədiyi və müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı tədbir 4 gün davam edəcək.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. 4 gün ərzində bir milyondan artıq insanın Atatürk Hava Limanı ərazisində təşkil olunan tədbirlərdə iştirakı gözlənilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az