Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Okt
2019
11:57
399

07
Okt
11:57



ABŞ-la Türkiyə razılığa gələ bilmədi
Ötən gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, türk ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar barədə telefonda danışıblar.
XeberOxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, görüşdən sonra Türkiyə prezident administrasiyası bu barədə açıqlama verdi. Bildirildi ki, görüş zamanı Ərdoğan təhlükəsiz zonanın vacibliyini və ABŞ-ın bu məsələyə laqeyidsizliyindən doğan narahatlığını dilə gətirib.
Ağ Evdən verilən açıqlamada isə bundan sonra Suriyanın şimalında tutduqları bütün İŞİD terrorçularından Türkiyənin məsul olacağı bildirilib. Qeyd olunub ki, bu bölgədə Türkiyənin planlaşdırdığı hərbi əməliyyata ABŞ daxil olmayacaq, dəstək verməyəcək və həmin ərazidə İŞİD-i məğlub edən ABŞ əsgərlərini geri qaytaracaq.
Türkiyənin "Anadolu" İnformasiya Agentliyinin verdiyi məlumata görə isə görüş zamanı Ərdoğan terror təhlükəsinin ortadan qaldırılması və suriyalı mühacirlərin ölkələrinə geri dönməsi üçün təhlükəsiz zonanın vacibliyini dilə gətirib. O həmçinin ABŞ-ın hərbi və təhlükəsizlik sahəsində atdığı siyasi addımların iki ölkə arasında razılaşdırılmış məsələlərlə üst-üstə düşmədiyini və bundan yaranan narahtlığı da dilə gətirib.
Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Qalın isə bu açıqlamalardan sonra öz tvitter səhifəsində "Türkiyənin heç kimin torpağında gözü yoxdur" deyə paylaşım edib.
Qeyd edək ki, D. Trampın dəvətinə əasən prezidentlər noyabr ayında Vaşinqtonda görüşəcəklər.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az