Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Okt
2019
20:00
294

08
Okt
20:00



Binədəki yanğında zəhərlənərək xəstəxanaya çatdırılan şəxsdən xəbər var

Binə Ticarət Mərkəzində baş verən yanğında tüstüdən boğularaq xəstəxanaya çatdırılan şəxsin kimliyi məlum olub.

XeberOxu.Az-ın məlumatına görə, o, 1 saylı Klini Tibbi Mərkəzə çatdırılan 1983-cü il təvəllüdlü Abdullayev Elşən Məhəmməd oğludur. Mərkəzin toksikologiya şöbəsindən verilən məlumata görə, ona yüngül dərəcədə zəhərlənmə diaqnozu qoyulub.

Xəstə ilkin tibbi yardım alandan sonra ambulator müalicəyə yola salınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 8 oktyabr 2019-ci il saat 00:41-də "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə isə, Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az