Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Okt
2019
20:15
270

08
Okt
20:15



Bakı Metropoliteni maşinist seçiminə başladı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun Mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədlərin yaşı 24-30 arası, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır. Seçim turunda qadınlar da iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr 08 noyabr 2019-cu il tarixinə qədər qəbul edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az