Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Okt
2019
21:36
648

09
Okt
21:36



Əbülfəs Qarayev Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşüb

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilib.

XeberOxu.Az-ın məlumatına görə, görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir və qeyd edib ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir bölgüsünün aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilməsidir.

Ardından Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirib. Tədqimatda həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilib.

Təqdimatdan sonra nazir Əbülfəs Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış edib. Nazir cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulayıb.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini təqdim ediblər. Nazir Əbülfəs Qarayev təkliflərin “Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd edib və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az