Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
04:30
705

10
Okt
04:30



Nəsimi irsi ilə bağlı daha bir müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib.

İdarədən XeberOxu.Az-a verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək də müsabiqənin əsas hədəflərindəndir.

Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir.

IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 3 mərhələdən (məktəbdaxili, rayon və şəhər) ibarətdir.

Müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində hər rayon üzrə uğur qazanan 5 qalib müsabiqənin şəhər mərhələsində iştirak edəcək. Final mərhələsində isə nəticələrə uyğun olaraq 6 qalib müəyyənləşdiriləcək.

Müsabiqə qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az