Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
07:00
489

10
Okt
07:00



INNOLAND və “AzerGold” QSC-nin Akselerasiya proqramında iştirak edəcək startapları müəyyənləşdi

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan Akselerasiya Proqramına seçimlər keçirilib.

QSC-dən XeberOxu.Az-a verilən məlumata görə, cari ilin 14 avqust - 29 sentyabr tarixlərində proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbələri və INNOLAND-ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Bioqaz” və “Kitablı” startapları növbəti mərhələyə keçərək Akselerasiya Proqramında iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. 3 ay davam edəcək Proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin, “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əladə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

Qeyd edək ki, “AzerGold” QSC və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında cari ilin 25 iyul tarixində imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan Akselerasiya Proqramının əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sahə üzrə yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq, sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsinə töhvə verməkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az