10 Fev 2019
12:28
![]() |
![]() Beyləqanda dəhşətli qəza — 3 yaşlı uşaq dünyasını dəyişdi Beyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib.
Xeberoxu.az
XeberOxu.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub. Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb. Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş. Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |