Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Avq
2019
13:33
261



Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı problemin olma ehtimalı yoxdur - Nazir

Dünya fənn olimpiada sualları olimpiada ilə bağlı yaradılan beynəlxalq elmi komitədə hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır. Buna görə də Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı problemin, yaxud texniki məsələnin olması ehtimalı yoxdur. Amma olarsa, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək.

XeberOxu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı hər hansı problemin ola bilməsi ehtimalı barədə danışarkən deyib.

Nazirin sözlərinə görə, olimpiadanın ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək: "Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".

C.Bayramov qeyd edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları həyata keçirilir: "Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası keçirilir. Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər







Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib -FOTO







BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb







Təmas xəttində növbəti monitorinq keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az