Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Fev
2019
00:29
441



Cənubi Koreya ABŞ əsgərlərinə çəkilən xərcləri artırır
Cənubi Koreya ölkə ərazisindəki ABŞ hərbçilərinin bu il üçün saxlanmasına ayıracağı vəsaiti 8,2 faiz artıracaq.

XeberOxu.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında Koreya yarımadasındakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə saziş imzalanıb. Sazişə əsasən, Cənubi Koreya 28 min 500 nəfər şəxsi heyəti olan ABŞ qoşununun saxlanması üçün 1,03 trilyon von (890 milyon ABŞ dolları) ödəyəcək.

Bununla da tərəflər arasında Amerika qoşunlarının xərclərinin ödənməsi ilə bağlı olan mübahisələrə son qoyulub.

Qeyd edək ki, Seul və Vaşinqton saziş üzrə işçi danışıqlarının 10 raundunu keçirib. Mübahisə doğuran əsas məsələ Cənubi Koreya tərəfinin xərclərinin həcmi və sazişin müddətindən ibarətdir.

Bildirilir ki, ABŞ maliyyə məsələsində güzəştə getməyə məcbur olub. Bundan öncə Birləşmiş Ştatlar Cənubi Koreyadan 1-1,2 milyard dollar tələb edirdi. Cənubi Koreya da öz növbəsində sazişin müddətinin 5 ildən 1 ilədək azaldılmasını təkid edən ABŞ-a bu məsələdə güzəştə gedib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az