Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
10:12
600

21
Sen
10:12



DGK Bakıda “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan şirniyyatın satılması ilə bağlı məlumatlara aydınlıq gətirib

Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakının bəzi mağazalarında “Choco Pie” adlı, guya Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda deyilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz. Adıçəkilən məhsula gəlincə isə, “Orion” ticari nişanlı “Choco Pie” adlı qənnadı məmulatları ölkə ərazisində fəaliyyət göstərən müxtəlif idxalçıların ünvanına Rusiya Federasiyasının “Orion İnternational Evro” şirkəti tərəfindən idxal olunub.

Belə ki, xarici tərəfdaş 100 brend portfelinə sahib olaraq biskvit, karamel, saqqız və s. kateqoriyalı malların istehsalını həyata keçirən dünyanın ən böyük qənnadı şirkətlərindən biridir və əsas istehsal bazarları Rusiya, Çin, Koreya və Vyetnamda yerləşir. Eyni zamanda, qeyd etmək istərdik ki, Rusiya Federasiyasının Tver və Novosibrisk şəhərlərində şirkətin iki istehsal zavodu fəaliyyət göstərir. Şirkət tərəfindən istehsal olunan müxtəlif növ qənnnadı məmulatları və qəlyanaltıları dünyanın 60-da çox ölkəsində realizə olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az