Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





10 May
2019
11:06
285



Azərbaycanın Los Ancelesdəki baş konsulu təltif edilib -FOTO

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.

Konsulluqdan Xeberoxu.az-a verilən məlumata görə, mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan (Asad Majeed Khan) tərəfindən Los Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə “dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə” verdiyini elan edib.

Tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər.

Baş konsul mərasimdə çıxış edərək, təşkilata təşəkkürünü bildirib. N.Ağayev Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. Hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib. Diplomat Los Ancelesdəki Pakistan icmasına daim Azərbaycanın yanında olaraq, haqq səsimizin çatıdırlması və ədalət uğrunda apardığımız mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya modelinin Los Ancelesdə tanıdılması üçün Baş Konsulluq burada yaşayan həm Pakistan icması, həm də bir çox digər etnik və dini icmalarla sıx əməkdaşlıq edir, mütəmadi qaydada müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən tədbirlər keçirir.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO







Bakı-Şamaxı magistralının genişləndirilməsi işləri gələn il başa çatacaq -FOTO







Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb -FOTO







Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə - VİDEO


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az