RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 May
2019
14:16
639



Sumqayıtçayın yaxınlığında narkotik xassəli bitkiləri əkib-becərən şəxs tutulub-FOTO

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, bununla əlaqədar bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb. Artıq sonrakı tədbirlər cinayət yoluna qədəm qoyan həmin şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilib. Həmin ərazi nəzarətə götürülüb, narkotərkibli bitkiləri əkərək mütəmadi olaraq ona qulluq göstərənin yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat tədbirləri görülüb.

Cari il mayın 13-də ehtimal edilən bir şəxsin günorta vaxtı çətənə kollarına qulluq etməyə, onları sulamağa başı necə qarışıbsa, polis əməkdaşlarının onu elə cinayət başında yaxalanmasının belə fərqində olmayıb, təəccüb və çaşqınlıq içərisində gözdən-könüldən uzaq bir yerdə guya əkdiyi güllərə su verdiyini iddia edib. Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara həvəslə qulluq göstərən, elə iş başındaca yaxalanaraq 2-ci Polis Bölməsinə gətirilən bu şəxsin Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az