Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
16:11
192



Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirləri beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb
Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks təsirli tədbirlər beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən “Yaxşı təcrübə” müsabiqəsində Azərbaycanın daha bir uğurlu iş təcrübəsi - ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər ən “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov Prezident İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nına əsasən ardıcıl işlərin aparıldığını bildirib.
O qeyd edib ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınıb. Həmçinin dövlət başçısının müvafiq sərəncamı ilə minimal əmək haqqının artması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, eləcə də təbliğat-marifləndirmə işləri əmək müqavilələrinin sayının bu ilin 4 ayında 80 mindən çox artmasına imkan verib.
Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO







Bakı-Şamaxı magistralının genişləndirilməsi işləri gələn il başa çatacaq -FOTO







Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb -FOTO







Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az