Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
19:56
246



ABŞ və İsrail Qüdsdə birləşdi

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüds şəhərinə köçürməsinin birinci ildönümü İsraildə xüsusi qeyd olunub.

XeberOxu.Az Publika.az-a istinadən xəbər verir ki, Şərqi Qüdsün Qədim Şəhər bölgəsini əhatə edən tarixi qala divarlarına ABŞ və İsrail bayraqları işıqlarla əks etdirilib.

Mərasimdə çıxış edən Qüdsün bələdiyyə sədri Moşe Lion xatırladıb ki, ABŞ səfirliyini əbədi paytaxt və İsrail dövlətindəki tək uyğun yer olan Qüdsə köçürən ilk ölkədir: "ABŞ-dakı dostlarımızı qucaqlayırıq. Prezident Donald Tramp və səfir Devid Freydmen, siz əsl dostlarsınız".

Qeyd edək ki, Şərqi Qüds 5 iyun 1967-ci ildə İsrailə ilhaq edilib. İsrail 1980-ci ildə təktərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxt" elan edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə ilə İsrailin ilhaqını və paytaxt iddiasını qanunsuz hesab edib. BMT-nin qətnaməsi çərçivəsində ABŞ daxil olmaqla, beynəlxalq toplum Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail dövlətini tanıyan bütün ölkələrin səfirliyi Təl-Əvivdə yerləşir. Bu ölkələr Şərqi Qüdsü paytaxt kimi qəbul etmir. Lakin ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquqa zidd olsa belə 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib.

ABŞ səfirliyi İsrail dövlətinin qurulmasının 70-ci ili münasibətilə 14 may 2018-ci ildə Qüdsdə açılıb.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO







Bakı-Şamaxı magistralının genişləndirilməsi işləri gələn il başa çatacaq -FOTO







Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb -FOTO







Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə - VİDEO


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az