Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
16:40
291

01
Okt
16:40



Dövlət Məşğulluq Xidmətinin zona müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Göyçay Dövlət Regional Peşə Təhsili Mərkəzində zona müşavirəsi keçirilib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, müşavirədə Dövlət Məşğulluq Xidmətinin nümayəndələri və 34 rayonun məşğulluq mərkəzlərinin direktorları iştirak edib.

Müşavirə məşğulluğa dair yeni qəbul olunmuş normativ-hüquqi sənədlərin icrası, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması sahəsində görülən işlərin gücləndirilməsi, sığorta ödənişlərinin təyin edilməsi, fərdi məşğulluq proqramlarının tərtib olunması və Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti ilə əlaqədar şəhər, rayon Məşğulluq Mərkəzlərinin direktorlarına zəruri metodiki tövsiyələrin verilməsi məqsədilə keçirilib.

Müşavirədə peşə hazırlığı kurslarının təşkili sahəsində Heydər Əliyev Mərkəzləri, Gənclər Evi/Gənclər Mərkəzləri ilə əməkdaşlıq edilməsi, həmçinin peşəyönümü işinin səmərəliliyinin artırılması və bu sahədə təhsil şöbələri və orta ümumtəhsil məktəbləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti barədə təqdimatlar edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul







AMEA-da "Azərbaycan və Çin Böyük İpək Yolunda" mövzusunda dəyirmi masa keçirildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az