Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
18:17
1008

11
Iyun
18:17




Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, “İKT LAB” Tətbiq və Tədris Mərkəzi ən müasir texnoloji trendlərə əsasən mütəmadi olaraq yeni təlimlər təşkil edir.

Bu dəfə intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edilib.

Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. Təlim 5 gün davam edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az