Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
13:50
306

01
Okt
13:50



Ekoturizmlə bağlı keçirilən müsabiqə yekunlaşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ekoturizmin inkişafı, ona maraq yaratmaq üçün keçirdiyi müsabiqəni yekunlaşdırıb.

Xeberoxu.Az-ın məlumatına görə, ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məmmədova Səyyarə deyib ki, Göygölün 880 illiyi münasibətilə ETSN-nin sosial şəbəkə səhifəsində müsabiqə elan edilmişdi. Həmin səhifədə müsabiqə iştirakçılarına beş gün ərzində hər gün bir sual ünvanlanıb. Suallara düzgün cavab verən ilk iki nəfər qalib hesab olunub. Suallar Milli parklar və "Qırmızı kitab"a düşən növlər haqqında məlumatları əhatə edib.

S.Məmmədova deyib ki, sentyabrın 30-da qaliblərin adları açıqlanıb. Bu həftənin sonunda hər bir qalib (1 tanışı ilə birlikdə) Göygöl Milli Parkına səfər edəcəklər:

"Müsabiqənin keçirilməsində məqsəd insanlarda milli parklara maraq yaratmaq, onların bu sahədə məlumatlılığını artırmaq idi. Müraciət edənlərin əksəriyyəti suallara düzgün cavab veriblər. Bu, sevindirici haldır. İstərdik ki, insanların təbiətə, milli parklara olan sevgisi daha çox artsın və həftəsonları nə edəcəklərini düşünmədən milli parklarımıza üz tutsunlar. Çünki təbiət bütün fəsillərdə gözəldir”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az