Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





22 Mart
2019
13:34
300



Elmar Məmmədyarov: Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensial var

Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentina Deputatlar Palatasının sədri deputat Emilio Monzo ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd edilərək, parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.

Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Elmar Məmmədyarov səfərinin iqtisadi-ticari əlaqə və mübadilənin gücləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin qarşı tərəfə Azərbaycanın iqtisadiyyat və ticarət üzrə strategiyasının əsas aspektləri barəsində məlumat verərək, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və turizm sahəsinin bu strategiyanın əsas istiqamətləri olduğunu bildirib.

Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici İşlər və Etiqad Komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə əsasən iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov, həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmiz və xalqımız haqqında xoş təəssüratlarını bölüşüb. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az