Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
05:15
813



Elmar Məmmədyarov Sakit okean Alyansının 14-cü zirvə görüşündə iştirakı çərçivəsində ikitərəfli görüşlər keçirib

Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyasının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əlaqələrin inkişafı baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Habelə Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinə dair razilıq ifadə ediblər.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirələr aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az