Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
19:43
600

18
Sen
19:43



Mingəçevirdə Üzeyir Hacıbəylinin 134 illik yubleyi qeyd edilib
Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Xeberoxu.Az xəbər verir ki, dahi bəstəkar və musiqişünas alimin 134 illik yubleyi elə onun adını daşıdığı Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin qarşısında açıq havada xalq çalğı alətlər orkestrinin ifasında canlı  konsert proqramı ilə qeyd edilib. Tədbirdə orkestr bəstəkarın əsərlərini ifa ediblər. Orkestrin bədii rəhbəri və drijoru Elşən Bağırovun rəhbərliyi ilə bəstəkarın əsərləri ifa olunub. Konsertdə eyni zamanda Üzeyir Hacıbəyovun və Müslüm Maqamayevin əsərləi və operetalardan parçalarda ifa olunub.
Hər il dahi bəstəkarın il dönümünün qeyd edildiyini bildirən Ü.Hacıbəli adına Mingəçevir 11 illik musiqi məktəbinin tar müəllimi və orkestrin konsertmeystri Tariyel Hidayətov dedi: “Məktəbimiz  dahi bəstəkarın adını daşıyır.Musiqi məktəbi 11 illik olandan sonra xalq çalğı alətlər orkestri yarandı. Bu yaxınlarda orekstrimizin 10 illik yubleyi qeyd ediləcək. Şəhər tədbirlərində müsabiqələrdə orkestrimiz iştirak edir”.
Konsertdə bəstəkarın “Sevgili canan” romansını məktəbin səs sinifinin müəllimi İsa Müseyibov canlı ifa edib.
Qeyd edək ki,t ədbirdə Bərdə Regional Mədəniyyət idarəsinin Mingəçevir şəhər nümayəndəsi və mədəniyyət işçiləri, musiqi məktəbinin kollektivi və şəhər  ictimayyət nümayəndələri iştirak edib.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az