Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
07:00
867

19
Sen
07:00



Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.

Xeberoxu.Az-ın Əl-Ərəbiyyə kanalının istinadən yaydığı məlumata əsasən, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuat konfransı zamanı “Saudi Aramco”ya hücumun İran tərəfindən dəstəkləndiyinə dair kifayət qədər sübutların olduğunu bildirib. Onun sözlərinə görə, hücum zamanı İran istehsalı olan Delta-wing tipli pilotsuz təyyarələrdən istifadə olunub.

O qeyd edib ki, bu hücumla təkcə Səudiyyə Ərəbistanına deyil, dünyanın enerji təhlükəsizliyinə edilib.

Türki əl-Malikinin sözlərinə görə, hücum zamanı neft təsisatların İran istehsalı olan 7 "Ya Əli" adlı qanadlı raket atılıb. Maliki raketlərin atıldığı nöqtənin tam olaraq dədiqləşdirilıməsi üçün araşdırmaların davam etdiyini bildiirb. 

O, neft müəssisələrinə hücumlarda istifadə olunmuş dronların qalıqlarını və raketlərin parçalarını jurnalistlərə nümayiş etdirib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı husi qiyamçıları hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az