Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
11:32
1683

19
Sen
11:32



Gömrükdə 300 min manat dəyərində spirtli içki və tütün məmulatları müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Xeberoxu.Az-a verilən məlumata görə, Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində əməliyyat-axtarış tədbirləri keçirilib.

Bu zaman ərazidə yerləşən evin qarşısındakı "Ford Tourneo Connect" markalı avtomobildən müxtəlif növ spirtli içkilərin həmin evin həyətinə daşınması müşahidə edilib.

Avtomobilin sürücüsü Xankişiyev Zaur Vəzirağa oğlu və Ənvərli Elgün Tahir oğlu alkoqollu içkiləri evin həyətinə yığarkən saxlanılıblar. Avtomobildə isə aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb.

Evin həyətindəki ikiotaqlı tikilinin saxlanc otağında, tikilidəki məişət əşyalarının içərisindən və torpaq sahəsində basdırılmış şəkildə aksiz markasız müxtəlif adda və həcmdə 1286 ədəd alkoqollu içki, evin damında isə aksiz markasız müxtəlif adda 20 600 ədəd siqaret aşkar olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Tamrazov Cəbrayıl Hüseyn oğlu ifşa edilərək təhqiqata cəlb olunub.

Aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az