Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Sen
2019
22:24
1590

14
Sen
22:24



Qobustan Milli Tarix-Bədii Qoruğunda "Açıq qapı" günləri olacaq

19-20 sentyabr tarixlərində Qobustan Milli Tarix-Bədii Qoruğunda “ Avropa İrs Günləri” layihəsinin qeyd olunması məqsədi ilə “ Açıq Qapı Günləri ” təşkil olunacaq.

XeberOxu.Az-ın məlumatına görə, ziyarətçilər üçün girişin ödənişsiz olacağı Açıq qapı günləri çərçivəsində məşhur opera müğənnisi Placido Dominqo tərəfindən başladılan və Bethovenin müəllifi olduğu Avropa Birliynin himninin (əsərin orijinal adı “Ode to Joy”) mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada ifasının təqdim edilməsi, “Kadr arxasında Qobustan” adlı mini- turların, peşəkar rəssamların təqdimatında uşaqlar üçün “Master Klass” ların və fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi- satışın təşkili nəzərdə tutulur.

Qobustan qoruğunda yeni təşkil olunmuş “Kadr arxasında Qobustan” turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- “ kadr arxasında” qalan, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və s kimi onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola biləcəklər.Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.
Uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri Xalq rəssamı Arif Hüseynovun təqdimatında keçiriləcək. Sonda dərslərdə iştirak edən uşaqlara qoruğun mükafatları təqdim ediləcək.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satışın təşkili uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az