Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
01:01
789

19
Sen
01:01



PSJ Çempionlar Liqasında "Real"a qalib gəlib

Çempionlar Liqasında I tura yekun vurulub.

Xeberoxu.Az-ın məlumatına görə, A, B, C və D qruplarında oyunlar keçirilib. 

Günün son altı görüşündən dördündə böyük hesab qeydə alınıb. A qrupunun böyük maraqla gözlənilən PSJ – “Real” oyununda meydan sahibləri Madrid təmsilçisini darmadağın ediblər. “Bavariya” favoriti sayıldığı B qrupunda “Srvena Zvezda”nı böyük hesabla üstələyib.

C qrupunda Zaqreb “Dinamo”su “Atalanta”nın debütünü darmadağınla korlayıb. “Mançester Siti” isə Ukrayna səfərində “Şaxtyor”dan 3 xal alıb.

“Lokomotiv” səfərdə “Bayer”i məğlubiyyətə uğradıb. Bu komandaların yer aldığı D qrupunun digər matçında isə “Yuventus” Madriddə “Atletiko” ilə qarşılaşıb. Hərəyə 2 qol vuran komandalar 1 xalla kifayətləniblər.

Qeyd edək ki, günün ilk iki oyununda heç-heçə qeydə alınıb. A qrupunda “Brügge” “Qalatasaray”ı (0:0), B qrupunda “Olimpiakos” “Tottenhem”i (2:2) qonaq edib.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur
18 sentyabr

A qrupu 
23:00. PSJ (Fransa) – “Real” (İspaniya) – 3:0
Di Mariya, 14, 33, Menye, 90

B qrupu
23:00. “Bavariya” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 3:0
Koman, 34, Levandovski, 80, Müller, 90

C qrupu
23:00. “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) – 0:3
Mahrez, 24, Gündoğan, 38, Jezus, 76
23:00. “Dinamo” (Z, Xorvatiya) – “Atalanta” (İtaliya) – 4:0
Leovaç, 10, Orsiç, 31, 42, 68

D qrupu
23:00. “Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya) – 2:2
Saviç, 70, Herrera, 90 - Kuadrado, 48, Matuidi, 65
23:00. “Bayer” (Almaniya) – “Lokomotiv” (Rusiya) – 1:2
Hovedes, 28 (avtoqol) – Krxovyak, 16, Barinov, 37

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az