Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
14:10
681

19
Sen
14:10



Dünyada neft ehtiyatı ən çox olan ölkələr - SİYAHI
Rusiyanın neft ehtiyatları 1 trilyon dollar və ya 74,5 trilyon rubla bərabərdir. 
Xeberoxu.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 
Qurum Rusiyanın təbii sərvətlərinin bütün ehtiyatlarının qiymətləndirilməsini aparıb. Onların ümumi dəyəri 2018-ci ilin sonuna olan vəziyyətə görə 93,4 trilyon rubla çatıb ki, bu da 2017-ci illə müqayisədə 69,2 faiz artım deməkdir. Faydalı qazıntı ehtiyatlarının böyük hissəsini neft təşkil edir. 
Qeyd edək ki, neftlə ən zəngin 15 ölkənin siyahısı açıqlanıb. Siyahıda Azərbaycanla qonşu ölkələrdən bir neçəsinin adına rast gəlmək mümkündür.
 Reytinqə daxil olan ölkələrin göstəricisi belədir: 

Venesuela - 300,9 mlrd. barrel
Səudiyyə Ərəbistanı - 266,5 mlrd. barrel
Kanada - 169,7 mlrd. barrel
İran - 158,4 mlrd. barrel
İraq - 142,5 mlrd. barrel
Küveyt - 101,5  mlrd. barrel
BƏƏ - 97,8 mlrd. barrel
Rusiya - 80 mlrd. barrel
Liviya - 48,4 mlrd. barrel
Nigeriya - 37,1 mlrd. barrel
ABŞ - 36,5 mlrd. barrel
Qazaxıstan - 30 mlrd. barrel
Çin - 25,6 mlrd. barrel
Qətər - 25,2 mlrd barrel
Braziliya - 12,7 mlrd barrel.
Xatırladaq ki, ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az