Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
21:11
648

19
Sen
21:11



Nazirlik işsizlərlə bağlı açıqlama yaydı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz vətəndaşların sayının artması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Xeberoxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, 1 sentyabr 2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub. 2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib.

Onu da xüsusi vurğulayaq ki, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidir.

Məlumat üçün bildirilib ki, artımın səbəbi iş axtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinə uyğun olaraq, yeni “Məşğulluq haqqında” Qanununun qəbul edilməsi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır.

Belə ki, yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanuna əsasən MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur.

Həmçinin qeyd olunub ki, cari ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin olunanların sayı 60 min 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6% çoxdur. “DOST İŞ” Mərkəzi tərəfindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərəfindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsədi ilə digər aktiv məşğulluq tədbirləri də davam etdirilir.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az