Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
10:00
528

20
Sen
10:00



Elmar Məmmədyarov Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıb. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu vurğulayıblar. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazilər, habelə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını veriblər.

Bakı şəhərində keçiriləcək qarşıdan gələn Türk Şurasının 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olunub.

Görüşdə Nazirlər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az