Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
09:55
612

20
Sen
09:55



Sosis, kolbasa və Palma yağı... - XƏRÇƏNG RİSKİ
Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Nikosiyada "Türk Radiasiya Onkologiya Dərnəyi" tərəfindən təşkil edilən "Milli Radiasiya Onkologiya Konqresi"ndə çıxış edən Prof. Dr. Esra Kaytan və Prof. Dr. Gökhan Özyiğit sosis, kolbasa və bu formada istehsal edilən qida məhsullarının həmçinin Palma yağının zərərindən danışıblar.
Həmin çıxışlardan sizin üçün vacib bildiyimiz hissələri təqdim edirik.
 
Türk Radiasiya Onkologiya Dərnəyi Başqanı Prof. Dr. Esra Kaytan:

"Günümüzdə xərçəng xəstəliyi çox geniş yayılmışdır. Xərçəngin inkişafının qarşısını almaq və xəstəliyin uğurlu müalicəsi üçün şəkər ehtiyacınızı doşab, normada yemək şərti ilə xurma və əncir kimi faydalı meyvələrlə qarşılamaq, fruktoza tərkibli məhsullardan və palma yağından isə ümumiyyətlə uzaq durmaq lazımdır.
Palma yağı ilə bərabər ət məhsullarından çox istifadə etmək də təhlükəlidir. Belə ki, yeməklərimizin olmazsa olmazı olan qırmızı ətdən  hər gün davamlı, soyutma halında gündə 100 qram, qızardılmış halda isə 50 qram yeyilməsi kifayət edir ki, xərçəng riski 18-20 % artsın. Ət məhsullarının gündəlik normadan artıq yeyilməməli olduğunu xüsusi vurğulamağı özümə borc bilirəm."

Konqresin Elmi Proqram katibi Dr. Gökhan Özyiğit:

  "Palma yağının qarşısı alınmalıdır. Təcrübələrimizdən aldığımız nəticə bizə bunu deyir. Bu yağlar xərçəngin 8-10dəfə, hətta daha çox sürətlə böyüməsinə və inkişafına səbəb olur. Dünya Sağlamlıq Təşkilatı sosis, kolbasa və kolbasa üsuluna bənzər formada və tərkibdə istehsal edilən məhsulları siqaretlə eyni kateqoriyada "Xərçəng risklilər" kateqoriyasında göstərib.
Bu məhsulların xərçəng əmələ gətirməsi üçün ondan davamlı istifadə kifayət edir. İmmunitet sistemi hər gün bu tip çirklənməyə məruz qalarsa, bunun qarşısını almaqda çətinlik çəkir və çox böyük fəsadlar əmələ gətirir. Bu səbəblə əgər nəfsinizə hakim ola bilmirsinizsə ifrata qaçmadan həftədə bir dəfə yemək olar".

Qeyd: Əgər sosis və kolbasadan zəhərlənmə baş verərsə, mütləq qatıqdan istifadə edin. Bir kasa qatıq yüngül zəhərlənmənin qarşısını ala bilir.//medicina.az
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az