Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
09:59
465

20
Sen
09:59



“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib - VİDEO
“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib.
 
Xeberoxu.Az “ICTnews”a istinadən xəbər verir ki, “Airbus Connected Experience” layihəsinin məqsədi bort baxıcılarının işini asanlaşdırmaqdan ibarətdir. Uçuş zamanı qurğular sistemi oturacaq, baqaj rəfləri, işıqlandırma sistemləri və digər salon elementlərini skan edəcək. Əldə edilən informasiya real vaxt rejimində ekipaja məxsus “iPad” planşetinin xüsusi proqramında göstəriləcək. Bu, uçuş zamanı vəziyyəti daha tez qiymətləndirməyə imkan verəcək.
 
Bundan başqa, “ağıllı” salon bir sıra interaktiv rabitə vasitələri ilə təchiz ediləcək. Belə ki, sərnişinlər şəxsi smartfonları vasitəsilə salonun ekosisteminə qoşula və lazımi məlumat əldə edə və ya aviaşirkət tərəfindən təqdim edilən əlavə funksiyalardan istifadə edə biləcəklər.
 
Həmçinin təyyarəyə minməmişdən əvvəl smartfondan istifadə etməklə və baqaj bölmələrində mövcud boş yerlərin siyahısı ilə tanış olmaqla çamadan üçün yer bronlamaq mümkündür. “Ağıllı” oturacaqlar söykənəcəyin duruşu üzrə fərdi quraşdırmaları yadda saxlayacaq və ona növbəti uçuşdan əvvəl düzəlişlər edəcək.
 
Bundan əlavə, smartfon vasitəsilə yemək və içki sifarişi imkanlarının tətbiqi planlaşdırılır. Quraşdırılmış əyləncə multimedia sistemləri daha çox edilən sorğuları nəzərə alaraq konkret sərnişin üçün uyğun kontenti avtomatik seçəcək. Həmçinin öndəki oturacağın söykənəcəyinin ekranlarına görüntünün smartfondan ötürülməsi funksiyası tətbiq ediləcək.
 
“Airbus Connected Experience” sistemləri “А320” seriyalı təyyarələrdə quraşdırılacaq. Gələcəkdə “ağıllı” platformanın digər modellərdə də tətbiqi planlaşdırılır.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az