Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
11:15
408

21
Sen
11:15



Beynəlxalq Muğam mərkəzində "Unudulmayanlar" layihəsi təqdim olunacaq

24 sentyabrda Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirdə xanəndə Seyid Mirbabayevin xatirəsi yad ediləcək.

Xeberoxu.Az-ın məlumatına görə, mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.

Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etmir.

XIX əsrin sevilən xanəndəsi haqqında daha maraqlı faktlar “Unudulmayanlar” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzi tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub. Tədbirdə maraqlı konsert proqramı ilə yanaşı xanəndənin həyatından yeni faktlar da təqdim olunacaq.

Bütün musiqisevərləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin yeni mövsümdə ilk tədbirinə dəvət edirik. Konsertə giriş sərbəstdir

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az