Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
13:31
729

01
Iyun
13:31



Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın əməkdaşları 1 iyun uşaqların müdafiəsi günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər. "Xoşbəxt gələcəyimiz naminə" adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarxda qəsəbəsində baş tutdu. Expressbank 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksini istifadəyə verdi. Oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.

İstifadəyə verilən kompleksdə oyunlar oynayan və əylənən uşaqların sevinci gözlərindən, təbəssümlərindən bəlli idi. Cəbhəyanı bölgədə yaşayan balacaların gülüş səsi ətrafı bürüyərək tədbirə xüsusi rəng qatdı. Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verdi:

"Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur.  Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik.  Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik".

Expressbank-ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır. Qeyd edək ki, bank korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr reallaşdıraraq azyaşlıların və gənclərin hərtərəfli inkişafına dəstək olur.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Tərtərdəki tədbirdən hazırlanan videonu təqdim edirik.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az