Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Fev
2019
10:48
489



Firudin Qurbanov Çexiya səfiri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.

Universitetdən XeberOxu.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib.

Təhsil Nazirliyi və Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında qurulan əlaqələri qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Çexiya universitetlərinin əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə imzalanmış layihələrin nəticəsi olaraq tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edən F.Qurbanov, 1960-cı illərdən etibarən iki ölkə universitetləri arasında təşkil olunan və əsasən təbiət fakültələrinin müəllim-tələbələrinin iştirak etdikləri yay məktəbləri ənənəsinin də davam etdiyini vurğulayıb.

BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, öz növbəsində, xoş qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğundan razılıq ifadə edərək, ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələrində gənclərin mübadiləsi və qarşılıqlı əməkdaşlıq kimi layihələrə dəstək verən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az