Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Sen
2019
09:00
2739

05
Sen
09:00



“Park Cinema”da “O2”-nin qorxulu nümayişi: kloun qonaqları necə “öldürdü” -VİDEO

Çoxdan bəri gözlənilən ilin qorxu filmlərindən biri - “O2”-nin bağlı nümayişi “Park Cinema”da filmin əsl ab-havasına uyğun keçirilib.

Nümayişin əsas personajı, Stiven Kinqin hekayələrində uşaq qatili kimi təqdim etdiyi kloun Pennivayzın özü oldu. Bu dəfə də “Park Cinema” yenidən öz qonaqlarını təəccübləndirdi, onlara canlı yayımda kvestdən – kinoteatrın ərazisində kvestrum “Phantom” tərəfdən xüsusi olaraq qurulmuş otaqdan keçməyi təklif etdi.

Qonaqlar LyubaLive layihəsinin aparıcısı Lyubov Morqunova tərəfindən aparılan püşkatma ilə seçildi. Məhz popkorn üçün qutudan aktrisa və prodüser Zəhra Bədəlbəylinin, aktyor Tamerlan İmanovun, “Nə? Harada Nə vaxt?” elit klubunun kapitanı Lalə Babayevanın və irisbounty adlı bloqerin adlarını çıxardı. Məlum oldu ki, püşkatma sadəcə Lyuba tərəfindən qurama idi ki, məhz bu qonaqlar həmin otağa düşməli idilər. Bütün kvestin gözlənilən dəyişikliklərini tamaşaçılar filmdən əvvəl böyük IMAX ekranında izlədilər.

Press nümayişin video versiyası tez bir vaxtda “Park Cinema”nın Youtube-dakı kanalında olacaq, kvest isə LyubaLive-in növbəti buraxılışının tərkib hissəsi kimi təqdim ediləcək.

“O2” filmi press nümayişdən dərhal sonra IMAX-da start götürdü, bu gün onu IMAX-da, sabahdan etibarən isə “Park Cinema”nın Kinoteatrlar Şəbəkəsində izləmək mümkün olacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az