Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Sen
2019
15:24
903

14
Sen
15:24



“Sərhədçi” idmançılar beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edirlər

Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.

DSX-dan XeberOxu.az-a bildirilib ki, 05 - 06 sentyabr 2019-cu il tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində karate üzrə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə məşqçi Zöhrab Səfərovun rəhbərlik etdiyi “Sərhədçi” komandası ümumilikdə 12 medal qazanaraq komanda hesabında ikinci yerə çıxıb.

Komandanın heyətində müxtəlif çəki dərəcələrində karatenin kumite növü üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Qələndər və Cəlal Miriyevlər qızıl, şəxsi kata yarışlarında Sənan Hüseynzadə qızıl, Qələndər Miriyev gümüş, Cəlal Miriyev bürünc, şəxsi kumite yarışlarında Sənan Hüseynzadə gümüş, kata üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Cəlal Miriyev və Sənan Hüseynzadə bürünc medallar qazanıblar.

Eyni zamanda, sentyabr ayının 12-də London şəhərində üzgüçülük üzrə paraolimpiyaçıların dünya çempionatında “Sərhədçi” İOM-nin məşqçisi Rəşad Əliyevin yetirməsi Vəli İsrafilov üzgüçülüyün brass növündə 100 metr məsafəyə yarışda yüksək nəticə göstərərək üçüncü yeri tutub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az