Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
01:00
660

16
Sen
01:00



Eldəniz Əzizli: "Fərid Mansurovun rekordunu təkrarlamaq istəyirdim"

"Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir".

Xeberoxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib. 

55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouriyə cəmi 39 saniyəyə qalib gəlib (8:0). E. Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: "Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm. Ancaq etimadı tam doğrultmadığımı bilirəm. Çalışacağam ki, növbəti yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxım". 

O finala çıxa bilməməsində öz səhvinin həlledici olduğunu vurğulayıb: "Məşqçilər düzgün taktika vermişdilər. Nəyin necə olacağını demişdilər. Amma səhv etdim. Uduzulası rəqib deyildi".  

Qeyri-olimpiya çəkisində dünya üçüncüsü olan pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərdə iştirakının federasiya rəhbərliyindən asılı olduğunu deyib: "Federasiya rəsmiləri və baş məşqçi Şaban Donatın seçimi necə olacaqsa, onunla razılaşacağam. Əgər mənə etimad göstərib 60 kq-da sınamaq istəyərlərsə, özümü göstərməyə çalışacağam. Ən yaxşısını məşqçilər bilirlər. Dünya çempionatında da bunu sınamaq olardı. Amma özüm bunu istəmədim. Ardıcıl ikinci dəfə dünya çempionluğunu hədəfləyirdim. Yunan-Roma güləşində Azərbaycanda Fərid Mansurovdan başqa ikiqat dünya çempionu yoxdur. Onun rekordunu təkrarlamaq istəyirdim. Qismət belə alındı. Əgər bundan sonra 60 kq-da yoxlamaq istəsələr, buna tam hazırlaşacağam. Qarşıda lisenziya turnirləri var". 

O, çəkisini dəyişərək, Tokio-2020-yə yollanacağına inam ifadə edib: "Lisenziya idmançıya deyil, ölkəyə verilir. London Olimpiadasında da bunun şahidi olduq. Lisenziyaya Kamran Məmmədov yiyələnsə də, Oyunlara Həsən Əliyev yollandı. Yenə hər şey məşqçilərin seçimindən asılı olacaq. Layiq görəcəklərsə, güləşəcəyik". 

Qeyd edək ki, dünya çempionatında 60 kq-da Azərbaycan güləşçilərindən Taleh Məmmədov qüvvəsini sınayacaq. O, mübarizəyə sabah qoşulacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az